phone
277
mail
complinace@akelik.az
HOTLİNE

Xəbərlər

22-08-2020
Azərbaycan şirkətinin unikal layihəsi: tullantılar ekoloji təmiz  tərəvəzə çevriləcək

Azərbaycan şirkətinin unikal layihəsi: tullantılar ekoloji təmiz tərəvəzə çevriləcək

Məişət, sənaye və kənd təsərrüfatı tullantılarının ətraf mühitə zərər vurmadan utilizasiyası bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da aktual problemdir. Azərbaycan dövləti ötən 10-15 il ərzində ölkənin uzun illər ərzində, hələ sovet dövründən yığılıb qalmış kəskin ekoloji problemlərinin aradan qaldırılmasına dair proqramlar həyata keçirərkən bu sahəyə xüsusi diqqət ayırıb. Cəmi 10-15 il əvvələ qədər Bakının Balaxanı qəsəbəsi ətrafında ucalan, az qala bütün şəhərə üfunət saçan zibil dağlarını emal etmək üçün ilk dəfə yanma texnologiyasına əsaslanan zibilin çeşidlənməsi və yandırılması müəssisəsi tikilib.

Bu müəssisəsə Bakı və Bakı ətrafında toplanan məişət tullantılarının böyük qisminin utilizasiyasına imkan yaradır.

Lakin şübhəsiz ki, ətraf mühiti korlayan problemlər hələ çoxdur, dünyada və Azərbaycanda məişət və sənaye tullantılarının müasir, ətraf mühitə ziyan vurmayan texnologiyalarla utilizasiyası üçün hələ çox işlər görülməlidir. Məsələn, hazırda Bakıda və ətrafında toplanan sənaye və digər tullantıların məsələsi açıq olaraq qalır. Bakı ətrafında xeyli neft ilə çirklənmiş torpaqlar mövcuddur ki, onların təmizlənməsi hər zaman gündəmdə olan ekoloji problemlərdən biridir. O cümlədən bölgələrdə tullantıların utilizasiyası hələ də primitiv üsullarla həyata keçirilir.
 

Tullantılar isə indi dünyada əslində heç də tullantı sayılmır, elektrik enerjisindən tutmuş mineral kübrələrə qədər bir çox məhsulların əldə edilməsi üçün qiymətli xammaldır. Hətta elə ölkələr var ki, qonşularından tullantılar idxal edir və onu hazır məhsula çevirir. Məsələn, İsveçin qonşu ölkələrdən hər il 2 milyon ton tullantı idxal etdiyi, onu elektrik və istilik enerjisinə çevirdiyi məlumdur.

O cümlədən çirkab sularının təmizlənərək təkrar istifadəsi indi su qıtlığından əziyyət çəkən ölkələrdə geniş tətbiq olunmaqdadır. Hansı ki, Azərbaycan da indi belə ölkələr sırasına daxil olub və son iki ildə ölkədə həm suvarma, həm içməli su sarıdan ciddi problemlər yaranıb. Vəziyyət o həddə çatdı ki, bu yaxınlarda prezident İlham Əliyev ölkədə yaranmış su qıtlığı ilə bağlı xüsusi müşavirə keçirdi. Prezident hökumət üzvləri qarşısında problemin aradan qaldırılması üçün konkret vəzifələr qoydu. Bu vəzifələrdən biri də sudan təkrar istifadənin tətbiqidir.

İndiyədək Azərbaycanda ekoloji problemlərin, suvarma və içməli su təchizatı problemlərinin aradan qaldırılması ancaq dövlət vəsaitləri hesabına həyata keçirilib. Ümimiyyətlə, dünya praktikasında da bu belədir və ekoloji problemlərin həlli əsasən dövlətlər tərəfindən verilən subsidiya və dotasiyaların hesabına həyata keçirilir.

Virtualaz.org xəbər verir ki, indi Azərbaycanda ilk dəfə özəl şirkət-“AKELİK Group” həm bir sıra ekoloji problemləri eyni vaxtda aradan qaldırmağa imkan verən, həm tullantı sularından təkrar istifadəyə hesablanmış və eyni zamanda tullantıların utilizasiyasından əldə olunan enerjinin və məhsulların hesabına tam qapalı, ultra-klimat texnologiyasına əsaslanan istixanalarda ekoloji təmiz (bio) kənd təsərrüfatı məhsullarının istehsalına hesablanmış unikal layihə hazırlayıb.

Bir sıra MDB respublikalarında, Asiya və Avropada beynəlxalq maliyyə institutları ilə tərəfdaşlıq şəraitində iri infrastruktur layihələri həyata keçirilən “Akelik Group” inşaat şirkətinin hazırladığı bu layihənin anonsunu şirkətin idarə heyətinin sədri Süleyman Babayev saytımızda iyul ayında dərc edilmiş müsahibəsində vermişdi. İş adamı vəd etmişdi ki, həmin layihə barədə daha təfərrüatlı məlumatları ictimaiyyətə çatdıracaq.

Əvvəlcədən bunu qeyd etmək zəruridir ki, şirkət bu layihənin hazırlanmasından əvvəl 2018-ci ildən başlayaraq yeni innovativ layihələrin öyrənilməsi və sənayeyə tətbiqi sahəsində bir sıra ölkələrin təcrübəsini öyrənib. Bir çox elmi konfranslarda təmsil olunub, laborator təcrübələrin sifarişçisi və sponsoru olub.

Şirkətin mütəxəssisləri aparılmış araşdırmaların nəticəsi olaraq deyir ki, hazırda dünyada “Tullantı-Enerji” layihəsi əsasında 450-dən çoxu Avropada olmaqla 2500-dən çox zavod fəaliyyət göstərir.

“Tullantı-Enerji” layihəsinin müsbət və mənfi tərəfləri, bu işə cəlb olunmuş bir sıra ölkələrin mütəxəssisləri və alimləri ilə bərabər araşdırılıb. Layihənin təkmilləşdirilməsi istiqamətində tədqiqat işləri görülüb.

Nəticədə “AKELİK GROUP” ASC tullantıların briketləşdirilməsi və qazlaşdırılması texnologiyası, vakuum buxarlanma və kavit-ferment texnologiyası, xüsusi (7-ci nəsil) ultra-klimat texnologiyası , o cümlədən tam ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üzrə Avropa və Çin şirkətlərinin təcrübəsi əsasında, yüksək texnoloji, mexaniki, kimyəvi və istilik proseslərini özündə birləşdirən yeni “Tullantı-Enerji-Məhsul” adlı layihəni hazırlayıb. Bu layihəyə uyğun olaraq, Yüksək Texnoloji Aqro-Sənaye Kompleksin tikintisi planlaşdırılır. Şirkət hazırda layihənin patentləşdirilməsi üçün danışıqlar aparır.

Biz bu layihədə mürəkkəb texnoloji proseslərin vahid layihəyə inteqrasiya olunması, tətbiqi üçün yeni innovativ texnologiyalardan istifadə etmişik. Məqsədimiz bu layihəni təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində də yüksək texnologiyalara əsaslanan Azərbaycan brendi kimi tətbiq etməkdir”,-S.Babayev layihə haqda danışarkən deyir.

Layihə ətraf mühitin qorunması haqqında Kiot və 2015-cı il Paris anlaşmasının müddəalarını, dünya iqtisadiyyatının 2020-2050-ci illər üzrə inkişaf proqnozlarını özündə əks etdirir. Yəni istilik effekti yaradan qazların (CO2) atmosferə atılmasının qarşısını almağa, hidrojen əsaslı yanacaq növlərinə keçidə, sudan təkrar istifadəyə xidmət edir.

Qeyd edək ki, “Tullantı-Enerji-Məhsul” layihəsi məişət və sənaye tullantılarının bir neçə mərhələdən ibarət mürəkkəb texnoloji proses nəticəsində sintez-qaza çevrilməsini nəzərdə tutur. Həmin qarışıq tərkibli qaz isə sonrakı mərhələdə həm elektrik enerjisinin istehsalına, həm istixanaların qızdırılmasına yönəldilir. Layihənin digər məqsədi isə kanalizasiya sularının təmizlənərək təkrar istifadəyə yönəldilən distilə edilmiş suya və torfa bənzər minerallaşdırılmış qrunta çevrilməsidir.

Layihə tullantılardan əldə olunan elektrik və istilik enerjisi, minerallaşdırılmış qrunt hesabına il boyu elkoloji təmiz kənd təsərrüfatı məhsulları yetişdirmək üçün istixana kompleksləri yaratmağı hədəfləyir. Başqa sözlə, tullantılar sonda ekoloji təmiz kənd təsərrüfatı məhsullarına “çevrilir”.

Bu layihə həm də Azərbaycanda getdikcə bariz hiss edilməkdə olan su qıtlığının həllinə doğru bir addım olardı. Belə ki, son illər dünyada tullantı sularının yenidən dövriyyəyə buraxılması texnologiyası getdikdə yayılır, məsələn, su ehtiyatları məhdud olan İsraildə təkrar dövriyyəyə buraxılan suyun miqdarı ümumi sərf edilən suyun 80 faizinə çatır.

“Ümumiyyətlə, qeyd etmək istərdik ki, layihə özündə təbii proseslərə əsaslanan, yəni təbiətdə yüz illər ərzində davam edən proseslərin qısa müddət ərzində həyata keçirilməsini ehtiva edir. Hazırda dünyanın başlıca ekoloji problemi olan istixana qazları bu layihə çərçivəsində havaya atılmayacaq, fotosintez prosesinin sürətləndirilməsi üçün təkrar istixanalara veriləcək. Bu, dünyada ilk belə layihədir, özündə çox mürəkkəb kimyəvi və istilik proseslərini əks etdirir. Biz bu layihəni əvvəlcə Gəncə şəhəri ətrafında həyata keçirmək istəyirik, layihə yüzlərlə yeni iş yeri deməkdir və regionun ekoloji, iqtisadi, sosial problemlərinin həllinə ciddi töhfə verər”,-“AKELİK Group” şirkətinin idarə heyətinin sədri Süleyman Babayev layihə haqda bunları deyir.

Şirkət rəhbəri bildirir ki, 2019-cu ilin sonlarında Gürcüstanın və Moldovanın müvafiq qurumları danışıqlarda ilə bu ölkələrin ərazisində həmin layihələrin həyata keçirilməsinə dair niyyət ifadə olunmuşdu, lakin bu danışıqlar pandemiya səbəbindən yarımçıq qalıb.

Biz bu layihənin Azərbaycanda da həyata keçirilməsi üçün müvafiq strukturlarla danışıqlar aparırıq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Energetika Nazirliyinə layihə barədə məlumat verilib, proses davam edir”,-o əlavə edib.

Əgər bu unikal layihə müvafiq strukturlar tərəfindən dəstəklənsə o zaman şirkət Gəncə şəhəri ətrafında, Samux rayonunun Ziyadlı kəndi yaxınlığında Yüksək Texnoloji Aqro-Sənaye Kompleksin tikintisini planlaşdırır.

Bəs nəyə görə məhz həmin ərazi seçilib? Bunun hansı əhəmiyyəti və faydaları var?

Şirkətin mütəxəssisləri deyirlər ki, tikinti aparılacaq ərazinin yaxınlığında Gəncə və Samux şəhərinin məişət tullantılarının poliqonu, Gəncə şəhər çirkab sularını daşıyan kollektor xətti (xəttin üzərində çirkab sutəmizləyici qurğu yoxdur) və ərazinin ətrafında 1000 hektar kənd təsərrüfatına yararlı torpaqlar mövcuddur. Ətrafda yaşayan əhali arasında isə kənd təsərrüfatı məhsulları yetişdirmək üçün uyğun personalı var.

Habelə Göygöl, Şəmkir, Yevlax və sair şəhər və qəsəbələrin seçilmiş əraziyə yaxın olması tikiləcək müəssisənin inkişaf perspektivlərini artırır. Yüksək Texnoloji Aqro-Sənaye Kompleksin daxilində çirkab suların təmizlənməsi prosesi nəzərdə tutulduğundan, layihə sayəsində Gəncə şəhəri üçün yeni çirkab sularının təmizlənməsi qurğusuna da ehtiyac qalmayacaq, bu isə dövlət büdcəsində 10 milyonlarla manat qənaət deməkdir. Yüksək Texnoloji Aqro-Sənaye Kompleksdə 1500 nəfərdən çox insan daimi iş yeri ilə təmin olunacaq ki, bu da işsizliyin xüsusən qabarıq hiss olunduğu həmin bölgədə məşğulluğun təmin edilməsinə ciddi dəstəkdir.

 

Bəllidir ki, əksər dünya ölkələrinin praktikasında tullantıların utilizasiyası dövlət dotasiyaları və subsidiyaları hesabına həyata keçirilir. Lakin şirkətimizin hazırladığı layihə həm də bu sahədə dövlətin yükünü azaltmağa hesablanıb. Bizim tətbiq etdiyimiz texnologiyaların dünyada tətbiq edilən digər texnologiyalardan fərqi ondan ibarətdir ki, burada həm ekoloji problemlərin aradan qaldırılması, həm gəlir götürülməsi mümkündür. Yəni layihəmiz sırf kommersiya təyinatlıdır. Biz dövlətdən tullantılardan başqa heç bir maliyyə dəstəyi, subsidiya və ya dotasiya istəmirik. Əksinə, dövlətin milyonlarla manat vəsaitinə qənaət edilməsinə imkan yaradırıq”,-S.Babayev unikal layihə barədə təqdimatında vurğulayır.

Beləliklə, dövlət strukturları bu layihəyə dəstək verərsə, inzibati məsələlər həllini taparsa şirkət onun həyata keçirilməsinə özəl investorları cəlb etməyi nəzərdə tutur. Başqa sözlə, layihə özəl investitsiyalar hesabına bir neçə problemi, o cümlədən ətraf mühit, məşğulluq və sudan təkrar istifadə problemlərinin həllinə hesablanıb.

İntervyu: https://virtualaz.org/kapital/167657

FİLİALLARIMIZ

location
AKELIK MENA DWC-LLC, Business Center Logistics City, Dubai Aviation City, P.O. Box: 390 667, Dubai
mail
office@akelik.az
location
11 Apakidze küç., Tbilisi Business Center 5-ci mərtəbə, 0171 Tiflis
phone
+99532 224 06 99
mail
fuadshikhaliyev@alke.ge
location
Calle de Caleruega 81, 28033 Madrid, MEZMAF 365SL
mail
office@akelik.az
location
Krasevko küç. 7/1, Vilnüs, 08118
phone
+37067133146
mail
office@akelik.az
location
1 A.Kodiriy küç., Cizax şəhəri , Cizax Rayonu
phone
+99894124648472
mail
zaur.ibrahimov@alke.az
location
Plot#14-A, Karakoram Diplomatic Enclave, Markaz G-5, ev.#103 Islamabad
phone
+92 51 8351995
mail
office@akelik.az
location
Siganak küç. ev. 29, 3 rayon, Esil, Nur-Sultan, 010000
phone
+7 7779780000
mail
ilham.mammadov@alke.az
location
Isanov küç 42/2 Bişkek
phone
+996 555 788 500 / +996 550 550 700
mail
rashad.gambarov@alke.az
location
1/3 Dostoyevski küç. Somoni rayonu., Düşənbə
phone
+99244 600 22 12
mail
rustam.mirzayev@alke.az
location
Koza Mah. 1639. Sok. Mimsan E2 Blok No:9-11 Esenyurt-Istanbul, Turkey
phone
+90 530-775-16-19
mail
natiq.miragayev@akelik.az
location
18/7 General Almazov küç. , Kiyev,
phone
+38 044 333 41 44 / +38 095 607 46 45
mail
info@alke.com.ua / www.akelikgroup.com
location
Shahre-Nau, Ansari avenue, Azizi Tower, floor 7, apt 11re-Nau
phone
+93 792 847 305
mail
office@akelik.az